
Cəmiyyət
Bəzi saytlar Famil Bağıyev haqqında böhtan xarakterli yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar - Amma alınmayacaq

Şər və Böhtan yazanlara Tutarlı cavab
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. ""Qoluzorlu" “Orbita” MTK tikintin bumu???" başlıqlı yazı yazaraq görülən işlərə kölgə salmaq istəyirlər amma alınmayacaq! Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Ekologiya.info.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, "ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
"ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır.
"ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdırlar.

Daha çox xəbər:

Xırdalanda qeyri-qanuni, sənədsiz, icazə və razılıqla mərkəz açıldı-VİDEO

Şamil Heydərov: Barəmdə yazılanların heç bir əsası yoxdur

Bəzi internet saytlarında İbrahim Cəfərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir - CAVAB!

İxtiyar Seyfullayev: Bu gün dünya ictimaiyyəti hələ də Xocalı qətliamın bütün dəhşətini olduğu kimi dərk etməyib

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN