Hadisə
Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Göyçayda kütləvi zəhərlənmə olub.
Lent.az xəbər verir ki, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.
Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Daha çox xəbər:
Írşad Abbasovun "pul tələsi"
Paytaxt restoranlarında iftar süfrəsi neçəyə başa gəlir?
Göyçaydan şikayət var " İşçilərin maaş kartları müdirin cibindədir"
Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO
Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY
