Hadisə
Baba, oğul, gəlin, nəvə evdə ölü tapıldı - Dəhşətli cinayət - FOTO

Bir evdə 4 nəfərin odlu silahla qətlə yetirilmiş meyiti aşkar edilib.
Dəhşətli hadisə Türkiyənin Edirnə şəhərində baş verib. Uzunköprü səmtində bir evdə baba, ata, ana və oğul olmaqla 4 nəfər ölü tapılıb.
Türkiyə mətbuatı xəbər verir ki, rayonun Elmalı kəndində vətəndaşlar ailədən xəbər alamayınca vəziyyəti jandarma və sağlamlıq qruplarına bildiriblər.
Deyilən ünvana gələn polis əməkdaşları evdə 76 yaşlı Mehmet Güner, eyniadlı oğlu 55 yaşlı Mehmet Güner, onun həyat yoldaşı 47 yaşlı Filiz Güner və 26 yaşlı oğlanları Anıl Günerin meyitini aşkar ediblər.
Araşdırmalar zamanı həmin şəxslərin odlu silahla qətlə yetirildiyi məlum olub.
Qətildə istifadə edilən odlu silah tapılsa da, cinatəri törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir.
Qonşuların sözlərinə görə Güner ailəsi sakit təbiətli insanlar olublar. Kənddə heç kimlə düşmənçilikləri olmayıb.
Qətli törədən şəxsin kimliyi və səbəbləri araşdırılır.



Daha çox xəbər:
30-İLLİK ƏSARƏT! 44-GÜNLÜK QƏLƏBƏ
Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY
Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
