---
Səbinə Salmanova daha bir şəhid ailəsini ziyarət etdi
45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanovanın seçiciləri ilə görüşləri davam edir.
Deputatlığa namizəd bu gün Vətən müharibəsi qəhrəmanı Camal İsmayılovun ailəsində olub.
Müharibə qəhrəmanının üç övladının və həyat yoldaşının da iştirak etdiyi görüşdə Səbinə Salmanova dövlətimizin müharibə iştirakçılarına göstərdiyi qayğıdan, müharibə veteranları və qazilərin qarşılaşdıqları problemlərdən və onların həlli yollarından danışıb.
Səmimi şəraitdə baş tutan görüşdə ailə təbliğat-təşviqat kampaniyasının gərginliyində vaxt taparaq onları ziyarət etdiklərinə görə Səbinə Salmanovaya öz təşəkkürlərini bildiriblər.
Daha çox xəbər:
Seçicilərlə yaddaqalan görüş - FOTOLAR
Səbinə Salmanova yaşayış massivlərində və məhəllələrdə seçicilərlə görüşlər keçirib
Səbinə Salmanova növbəti izdihamlı görüş keçirdi
Səbinə Salmanova Vətən Müharibəsində qəhramanlıq göstərmiş şəhid ailələri ilə görüşüb
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib
