
Səhiyyə
Buster dozadan əlavə vaksin vurulmalıdır? - ÜST-dən AÇIQLAMA

Hər hansı bir peyvənd dozasının (birinci, ikinci və ya buster) tətbiqi ilə bağlı tövsiyələr fayda və risklərin hərtərəfli nəzərə alınması da daxil olmaqla peyvəndin təhlükəsizliyi və effektivliyinə dair mövcud sübutların qiymətləndirilməsinə əsaslanır.
"Bu barədə Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, mövcud sübutlara əsasən, ÜST və ÜST-ün Avropa Regionunda Milli İmmunlaşdırma Texniki Məsləhət Qruplarının əksəriyyəti hazırda bir çox ölkələrdə tətbiq olunan üçüncü dozadan artıq əlavə COVID-19 buster dozalarını tövsiyə etməyib.
"ÜST peyvəndin effektivliyi ilə bağlı meydana çıxan sübutları nəzərdən keçirməyə davam edəcək və buster dozalar da daxil olmaqla COVID-19 peyvəndi siyasəti ilə bağlı ölkələrə əlavə təlimatlar təqdim edəcək", - deyə əlavə edilib.

Daha çox xəbər:

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Prezident açılışda - YENİLƏNİB + FOTO

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür