
Cəmiyyət
Azərbaycan məhsulları "Amazon" və "eBay"da satılacaq

Azərbaycanda istehsal olunan məhsullar ABŞ-ın məşhur elektron ticarət platformaları olan "Amazon" və "eBay"da satışa çıxarılacaq.
"Report" xəbər verir ki, satışlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı vasitəsilə həyata keçiriləcək.
İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, bəzi qida məhsulları "Amazon" və "eBay"a inteqrasiya olunub. Məhsullar alıcılara "Made in Azerbaijan" brendi ilə təqdim ediləcək. Bu, platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcud olması ilə əlaqədardır. Bundan əvvəl isə "Azexport" həmin platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidməti təqdim edib.
Satışların əsasən ABŞ, Böyük Britaniya, Avropa və MDB ölkələri, Yaponiya, Cənubi Koreya, Çin, Honkonq, Tayvan, Sinqapur və İsrailə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektlərinin ərsəyə gətirdiyi məhsullar da "Amazon" və "eBay"a inteqrasiya edilə bilər.

Daha çox xəbər:

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində aparılan işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür